III qrupda keçid balı melum oldu
16 İyul 2013 Çərşənbə Axşamı 20:40
TQDK III ixtisas qrupu üzre ali mekteblere keçirilen qebul imtahanlarının neticelerini açıqlayıb. III qrupda keçid balı melum olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) III ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticələr komissiyanın rəsmi saytına yerləşdirilir (burada - http://tqdk.gov.az/netbak/)

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

Modern.az saytının xəbərinə görə, TQDK müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal keçid balını aşağı salıb. Belə ki, müsabiqəyə keçid balı əvvəlcədən nəzərdə tutulduğu kimi 300 deyil, 250 bal müəyyənləşdirilib. Bundan başqa, qeyd olunan nəticəni göstərən abituriyentlərin imtahan fənlərinin hər hansı biri üzrə nisbi balı 10-dan az ola da bilər.

Beləliklə, III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, iyulun 14-də respublikanın 11 şəhərində III ixtisas qrupu üzrə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində qəbul imtahanları keçirilib. İmtahanlarda iştirak üçün 28939 abituriyent sənəd vermişdi.

25 abituriyent müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar