I sinife qebul qaydaları tesdiqlendi
01 Oktyabr 2013 Çərşənbə Axşamı 12:38
I sinife qebul qaydaları tesdiqlendi. Nazir Mikayıl Cabbarov "Uşaqların ümumi tehsil müessiselerine qebulu ve yerdeyişmesi Qaydaları” ile bağlı emr imzalayıb.
Təhsil naziri Mikayıl Cabbarov “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, “Təhsil haqqında” qanun qəbul edildikdən sonra onun tətbiqi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib, o cümlədən Nazirlər Kabinetinin “Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsi” təsdiq olunub. Bununla belə, uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, xarici ölkələrdə təhsil almış uşaqların Azərbaycan Respublikasının məktəblərində təhsilə cəlbi, habelə ailəsi ilə birlikdə ölkədən kənara gedən şagirdlərin təhsil aldıqları məktəblərdən xaric edilməsi üzrə münasibətləri tənzimləyən Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar”dakı bəzi qeyri-müəyyənliklər göstərilən məsələləri tam və obyektiv əhatə etmir.

Qeyd olunanlarla əlaqədar uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi sahəsində daha təkmil qaydaların tətbiq olunmasını təmin etmək məqsədi ilə “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə imzalanan əmrə əsasən, Təhsil Nazirliyinin “Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar”ı qüvvədən düşmüş hesab edilib. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Əmrə əsasən təsdiq edilən Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydalarında şagirdlərin məktəblərə qəbulu, şagirdlərin yerdəyişməsi və şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan məktəblərinə yerdəyişməsi məsələləri əksini tapıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar