Google dünyanın en yaxşı işegötüreni seçilib
20 Sentyabr 2013 Cümə 10:49
Google dünyanın en yaxşı işegötüreni seçilib. Universum şirkəti bu barede 200 mine yaxın telebenin reyini öyrenib.
Ali məktəb məzunları üçün dünyanın ən yaxşı işəgötürəni “Google” şirkəti hesab edilir. Bu barədə “Universum” şirkətinin apardığı araşdırmalar nəticəsində məlum olub. ANS PRESS-in İCT news saytına istinadla verdiyi məlumata görə, “Google” həm iş, həm də mühəndis kateqoriyasında qalib seçilib.

Bizneslə bağlı ixtisaslar üzrə təhsil alan məzunları cəlb edən üçlüyə “EY” auditoru (keçmiş Ernst & Young) və "Goldman Sachs” investisiya bank daxildir. Mühəndis ixtisası üzrə ali məktəbi başa vuran məzunlar arasında ikinci və üçüncü yeri müvafiq olaraq "Microsoft” və “IBM” korporasiyaları tutur.

“Universum”un tədqiqatı ABŞ, Çin, Yaponiya, Almaniya, Braziliya, Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, Hindistan, Kanada və Avstraliya daxil olmaqla dünyanın iqtisadi baxımdan 12 nəhəng ölkəsinin tələbələri arasında aparılan sorğu əsasında keçirilib. Şirkət 200 minə yaxın tələbənin rəyini öyrənib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar