Daxili İşlər Nazirliyində işləmək istəyənlərin nəzərinə
22 Aprel 2014 Çərşənbə Axşamı 17:48
Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi müsabiqə elan edir.
Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi müsabiqə elan edir.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, Ağsu, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Mingəçevir, Şamaxı, Ucar və Yevlax rayon sakinləri 26 aprel 2014-cü il tarixdə saat 10.00-da Göyçay rayon Polis Şöbəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcək.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar