Çində universitet oxumaq istəyənlərin nəzərinə
06 Aprel 2013 Şənbə 09:54
Çin Xalq Respublikasının (ÇXR) azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının (ÇXR) təhsil nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq ÇXR azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib. ANS PRESS-in Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, təqaüd proqramı çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində respublikamızda daha çox ehtiyac duyulan ixtisaslar üzrə Çinin nüfuzlu universitetlərinə qəbul nəzərdə tutulub.

Qeyd edək ki, təhsil çin dilində olduğuna görə təqaüdə layiq görülmüş tələbələr 1 il dil üzrə hazırlıq kursu keçməlidirlər. Təqaüd proqramı təhsil haqqını, qeydiyyat, laboratoriya, təcrübə, tədris materialları, yataqxana, aylıq yaşayış və aviabilet (ümumi tədris müddəti dövründə yalnız bir dəfə - təhsil yerinə gediş və vətənə dönüş) xərclərini əhatə edir.
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları 12 aprel 2013-cü il saat 18:00-a kimi sənədlərini Təhsil Nazirliyinə təqdim edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar