Buraxılış imtahanlarının neticeleri açıqlandı
10 İyun 2013 Bazar Ertəsi 13:58
İmtahan iyunun 7-də ölkənin 18 şəhər və rayonunda keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 7-də keçirilmiş növbəti buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

ANS PRESS-in TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, imtahanların nəticələri və cavab kartlarının qrafik təsviri TQDK-nın internet saytında yerləşdirilib.

Xatırladaq ki, imtahan iyunun 7-də ölkənin 18 şəhər və rayonunda keçirilib. İmtahanda 32121 nəfər IX sinif və 23835 nəfər XI sinif şagirdi iştirak edib.

Nəticələri aşağıdakı linklərdən yoxlamaq olar.

http://tqdk.gov.az/netorta11/

http://tqdk.gov.az/netorta9/


DOSTLARINLA PAYLAŞ:

oyunlar