Buraxılış imtahanlarında dəyişiklik olacaq
27 Sentyabr 2013 Cümə 14:27
Buraxılış imtahanının nəticəsilə orta ixtisas məktəbinə qəbul mümükün olacaq.
2014-cü ildə orta ixtisas məktəblərinə qəbul qaydalarında dəyişiklik olacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. “Artıq gələn ildən buraxılış imtahanının nəticəsilə orta ixtisas məktəbləriə qəbul olmaq mümkün olacaq. Lakin bu əvvəlki ilin məzunlarına şamil olunmayacaq. Ötən ilin məzunları yalnız qəbul imtahanlarında iştirak etdikdən sonra, musabiqədə iştirak edə biləcək”.

TQDK sədri 2015-ci ildə orta məktəblərdə buraxılış imtahanlarında da dəyişiklik olacağını deyib. Onun sözlərinə görə, artıq 9-cu sinifdə “Ana dili” və “Riyaziyyat” fənlərindən imtahan verən tələbələr 11-ci sinifdə buraxılış imtahanında əlavə 2 fənni özü seçəcək.
Əlavə fənn kimi xarici dildən imtahan verilib verilməməsi hələ təsdiqlənməyib. Qəbul edlmiş qərarlar noyabr ayında “Abuturiyent” jurnalının 12-ci buraxılışında dərc olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar