Buraxılış imtahanları test olacaq
11 Mart 2009 Çərşənbə 16:05
Bu il bütün orta məktəblərdə buraxılış imtahanları testlə keçiriləcək, İyun ayından orta məktəblərdə mərkəzləşdirilmiş qaydada testlə buraxılış imtahanlarının keçirilməsinə başlanacaq.
APA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, bu il bütün respublika ərazisində orta məktəblərdə buraxılış imtahanları test üsulu ilə keçiriləcək. Nazir deyib ki, ötən illərin təcrübəsi bu imtahanların keçirilməsinin çox faydalı olduğunu göstərib.
M. Mərdanov qeyd edib ki, martın 15-də Azərbaycanın şimal bölgəsində buraxılış sinifləri üçün sınaq imtahanları keçiriləcək. O, aidiyyəti şəxsləri bu imtahanın keçirilməsinə məsuliyyətli yanaşmağa çağırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar