Bezi ali mekteblere yaşıl ışıq
06 İyun 2013 Cümə Axşamı 05:58
Magistraturaya qəbulu dayandırılmış bəzi ali məktəblərin bu təhsil səviyyəsi üzrə bakalavr qəbulunun aparılmasına icazə verilib.
Azərbaycanda ötən tədris ilində magistraturaya qəbulu dayandırılmış bəzi ali məktəblərin bu təhsil səviyyəsi üzrə bakalavr qəbulunun aparılmasına icazə verilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natıq Əliyev Trend-ə bildirib ki, keçən tədris ilində bəzi ali məktəblərin magistraturaya qəbul aparması üçün plan yerləri ayrılmamışdı. Ötən tədris ilində özəl ali məktəblərdən Təfəkkür Universiteti, Bakı Asiya Universiteti, Avrasiya Universiteti, Bakı Biznes Universiteti, Qızlar Universiteti, Azərbaycan Kooperasiya Universiteti, dövlət universitetlərindən isə Mingəçevir Politexnik Universiteti, Azərbaycan Müəllimlər İnstitutunda magistraturaya qəbul dayandırılmışdı. Buna görə də bu ali məktəblər magistraturanın heç bir ixtisası üzrə qəbul apara bilməyiblər. Ancaq bu il Təfəkkür Universiteti və Bakı Asiya Universiteti istisna olmaqla, qalan ali məktəblərin magistraturaya qəbul aparması yenidən bərpa edilib:

"Onlar tərəfindən əvvəlki illərdə magistraturaya qəbul aparılıb. Ancaq keçən il onlara plan yerləri ayrılmamışdı. Bu il yenidən onlara magistraturaya qəbul aparılması üçün yer verilib. Görünür ki, müəyyən araşdırmalar aparılıb və nəticədə qəbul bərpa edilib".

N.Əliyev qeyd edib ki, adıçəkilən universitetlərə magistratura səviyyəsi üzrə qəbulun aparılması 2013-2014-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinin magistratura səviyyəsi üzrə qəbul planında yerlərin sayının artmasına səbəb olub.

TQDK rəsmisinin sözlərinə görə, növbəti tədris ili üçün magistraturaya qəbul planının artmasına yeni ixtisaslar üzrə qəbulun aparılması da təsir edib.

O qeyd edib ki, magistraturada dinşünaslıq, balıqçılıq təsərrüfatı üzrə bir sıra yeni ixtisaslar yaradılıb: "Bundan əlavə, 2009-cu ildə yeni bakalavr ixtisaslarına qəbul aparılmışdı. Bu il həmin ixtisasların buraxılışı olub. Digər tərəfdən, Aviasiya Akademiyasında təhsil əvvəl beşillik idi. Bu il onların hamısı dördillik təhsil başa vururlar. Bununla əlaqədar orada magistratura üzrə yeni ixtisaslar yaradılıb".


DOSTLARINLA PAYLAŞ:

oyunlar