BDU-da imtahan balı 17-yə salındı
24 Fevral 2014 Bazar Ertəsi 20:46
Bakı Dövlət Universitetində kredit sistemi ilə təhsil alan tələbə və magistrantların biliyinin qiymətləndirilməsi haqqında əsasnamənin tələbləri ilə əlaqədar rektorluğun genişləndirilmiş iclası keçirilib.
Bu gün Bakı Dövlət Universitetində kredit sistemi ilə təhsil alan tələbə və magistrantların biliyinin qiymətləndirilməsi haqqında əsasnamənin tələbləri ilə əlaqədar rektorluğun genişləndirilmiş iclası keçirilib.

BDU-nun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Təhsil Nazirliyinin müvafiq məktubunun icrası ilə bağlı keçirilən iclasda 2013-2014-cü tədris ilinin qış imtahan sessiyası zamanı imtahanın nəticələrinə görə, 17 və daha çox, semestr ərzində isə imtahan balı da daxil olmaqla, ümumilikdə 51 və daha çox bal toplayan tələbələrin müvəffəqiyyət almaları və nəticələrin onların nəzərinə çatdırılması barədə fakültə dekanlıqlarına müvafiq göstəriş verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar