Bakıda kitab yarmarkası olacaq
01 İyul 2013 Bazar Ertəsi 10:40
kitab yarmarkası sentyabrda baş tutacaq.
Bakıda Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək. Yarmaqrka sentyabrın 23-dən 25-dək olacaq. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Sərgi-yarmarka ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq.
Sərgi-yarmarkada nəşriyyatlar buraxdıqları nəşrləri nümayiş etdirmək, satmaq, iştirakçı xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı əldə edəcəklər.
İştirakçılar sentyabrın 15-dək ərizələrini müvafiq quruma təqdim edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar