15 400 bakalavr magistra ərizə verib
21 Aprel 2009 Çərşənbə Axşamı 14:50
TQDK-dan verilən məlumata görə, bakalavrların 15 179-u ərizələrini təsdiqlədib

 

Bu gün saat 12:00-da ali məktəblərin magistr pilləsinə qəbul imtahanlarına sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadənin ANSPRESS-ə verdiyi məlumata görə, ümumilikdə magistr pilləsində təhsil almaq üçün 15 400 nəfər ərizə verib. Ərizə verən bakalavrlardan yalnız 15 179-u ərizələrini təsdiqlədib. 13 236 nəfər bakalvr Azərbaycan, 1943 bakalavr isə rus bölməsi üzrə sənəd verib.

Xatırladaq ki, ali məktəblərin magistratura pilləsinə imtahanın birinci mərhələsi may ayının 3-də keçiriləcək. Birinci mərhələdən müvafiq bal toplayanlar iyun ayının 21-də keçiriləcək ikinci imtahana buraxılacaqlar.

Kəmalə Məmmədova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar