Azərbaycana hansı xarici universitetlərdən tələbə köçürmək olar?
28 Fevral 2014 Cümə 17:18
Akkreditə olunmayan xarici ali təhsil müəssisəsi tələbələrinin Azərbaycan universitetlərinə köçürülməsinə yol verilmir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ına görə ali təhsilin bakalavriat səviyyəsində tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir.

ANS PRESS-in məlumatına görə, akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.

Xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır.
Bakalavriat səviyyəsində xarici ölkə ali təhsil müəssisəsində təhsil alan tələbənin ailəsi və ya özü təhsil aldığı müddətdə ailə qurması ilə əlaqədar Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülə bilərlər.

Xarici universitetlərdən Azərbaycan ali təhsil müəssisələrinə köçürülmə aşağıda göstərilən təşkilatların reytinqində yer alan ali təhsil müəssisələrindən mümkündür:

Times Higher Education World University Rankings
http://www.timeshighereducation.co.uk/world-university-rankings/2013-14/world-ranking
Quacquarelli Symonds – QS World University Rankings
http://www.topuniversities.com/university-rankings
Academic Ranking of World Universities - Shanghai Ranking
http://www.shanghairanking.com/ARWU2013.html


DOSTLARINLA PAYLAŞ:

oyunlar