ASAN könüllülərə iş imkanı verəcək
06 Aprel 2013 Şənbə 11:05
CV-lərin qəbulu 5-20 aprel tarixləri arasında həyata keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi gənc oğlan və qızları əməkdaşlığa dəvət edir.
ASAN-dan ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinə (Xətai rayonu) və Sumqayıt “ASAN Xidmət” mərkəzinə könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.
CV-lərin qəbulu 2013-cü il 5-20 aprel tarixləri arasında həyata keçiriləcək. CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. Göndərmə zamanı mövzu (subject) yerinə “Könüllü” sözünü qeyd edin.

Mərkəzlərdə könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə agentlik tərəfindən xüsusi diplomlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaq.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunub:
İntizamlılıq;
Xoşrəftarlılıq;
Ünsiyyətcillik;
Operativlik;
Kollektivdə işləmək bacarığı;
Təşkilatçılıq;
Təşəbbüskarlıq;
Kompüter bacarığı;
Könüllülük əsasında cəlb edilənlərin görəcəyi işlər:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” Mərkəzlərində könüllü fəaliyyətin həyata keçirilməsi;
Əlillərin ASAN Xidmət Mərkəzində daha asan xidmət almasına dəstək, xidmət müddətində qayğının göstərilməsi;
Mərkəzə gəlmiş valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi;
Vətəndaşların qarşılanması, elektron lövhələrdən istifadəsinə köməkliyin göstərilməsi;
ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən xidmətlər üzrə mərkəzlərə müraciət edən vətəndaşlara düzgün izah verilməsi;
Müraciətlərə əsasən anketlərin doldurulması və doldurulmasına köməkliyin göstərilməsi;
Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar