Ali məktəblərin vakant yerlərinə sənəd qəbulu başlayıb
06 Avqust 2010 Cümə 12:25
Ali məktyəblərin boş qalan plan yerlərinə sənəd qəbulu bu gündən başlanacaq və avqustun 10-dək davam edəcək.
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, cari ildə qəbul aparılan 30457 plan yerinə 27700 nəfər qəbul olub. Qəbul olanlar avqustun 9-dan 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
M. Abbaszadə deyib ki, abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.
M. Abbaszadə bildirib ki, II, III və IV qruplarının ixtisaslarının boş qalan yerlərinin müsabiqəsində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, I qrupun ixtisaslarının müsabiqəsində ümumi balı 200-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarına fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir.
I və III ixtisas qrupları üzrə ümumi balı 300 və daha çox, II və IV ixtisas qrupları üzrə ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində II ixtisas qrupu üzrə ümumi balı 400-dən, III və IV ixtisas qrupları üzrə ümumi balı 350-dən, I ixtisas qrupu üzrə ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
M. Abbaszadənin sözlərinə görə, I qrupda 1168, yüksək müsabiqə vəziyyəti yaranan II qrupda 472 plan yerinə 2197 nəfər, müsabiqə vəziyyəti elə də yüksək olmayan III qrupda 1300 plan yerinə 700 nəfər sənəd verə bilər. IV qrupda isə 1156 nəfərin vakant yerlərə qəbul prosesində iştirak etmək hüquq var.

TQDK sədri bildirib ki, vakant yerlər əsasən, özəl və regional ali məktəblərdə qalıb. APA
Ümraniye Evden eve nakliye