Ali mekteblere yerleşdirmenin neticeleri açıqlandı
17 Avqust 2013 Şənbə 17:52
Ali mekteblere yerleşdirmenin neticeleri açıqlandı. Bu il ayrılmış 36537 plan yerine 33745 abituriyent qebul olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

ANS PRESS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı komissiyanın internet saytından, eləcə də mobil telefonla öyrənə biləcəklər. Bunun üçün abituriyentlərin öz iş nömrələrini (bütün mobil operatorlardan) 7727 nömrəsinə göndərmələri kifayətdir.

Bu il ayrılmış 36537 plan yerinə 33745 abituriyent qəbul olub. Qəbul olanların siyahısı avqustun 18-də “Abituriyent” jurnalının 6-cı sayında dərc ediləcək. Boş qalan yerlərinin siyahısı isə jurnalın 7-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 18-dən 22-dək internet vasitəsilə aparılacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar