Ali mekteblere qebul planı artıb
25 Avqust 2013 Bazar 19:08
Bu il ali mekteblere qebul planı artıb. En çox artım ise III qrup üzre müşahide olunur.
Bu il ali məktəblərə qəbul planı ötən ilə nisbətən 7,5 faiz artıb. Belə ki, əgər ötən il bütün qruplar üzrə qəbul planı 34098 nəfər idisə, bu il bu rəqəm 36537 olub. Ən çox artım isə III qrup üzrə müşahidə olunur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə artımın yeni ali məktəblərinin açılması ilə izah edir. Onun sözlərinə görə, dövlət sifarişli yerlərin çox hissəsi dolub. Dolmayan plan yerləri bəzi özəl ali məktəblərdədir. Bunun səbəbi isə həmin ali məktəblərin ödəniş haqqının yüksək olması və abituriyentlər arasında nüfuz qazanmaması ilə əlaqədardIr.

Tələbə olmaq istəyənlərin ixtisas seçimi isə ənənəvi ixtisaslara olan marağın dəyişməzliyi ilə təyin edilir. I qrup üzrə neft və informasiya texnologiyaları, II qrup iqtisadiyyat, III qrup hüquq, IV qrupda isə müalicə işi ixtisası liderlik təşkil edir.

Komissiya sədri onu da vurğuladı ki, abituriyentlər illərdir ali məktəbin nüfuzuna görə ixtisas seçirlər.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il ali məktəbə qəbul olanların sayının artmasını yeni ali məktəblərin açılması ilə əlaqələndirir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar