Ağdaşda 7 mekteb tikilir
31 İyul 2013 Çərşənbə 07:44
Hazırda binalarda son tamamlama işləri görülür və təhsil ocaqlarının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş rayonunda orta məktəblər üçün yeni binaların inşası və ya onların əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər davam etdirilir. ANS PRESS-in məlumatına görə, Təhsil Nazirliyinin sifarişi ilə hazırda rayonun Qəribli, Şordəhnə, Qaradağlı, Cardam, Kotanarx, Eymur kəndlərində 180 şagird yerlik, Qaroğlan kəndində isə 80 şagird yerlik məktəb binaları tikilir. Hazırda binalarda son tamamlama işləri görülür və təhsil ocaqlarının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Bundan əlavə Ağdaş şəhərindəki 1 saylı uşaq bağçası üçün 55 yerlik yeni binanın tikintisi və 11 nömrəli uşaq bağçasının əsaslı təmiri işləri də başa çatmaq üzrədir.

Xatırladaq ki, rayonun Aralbir və Tofiqi kəndlərinin hər birində 220 şagird yerlik, Qülbəndə və Qarağan-Şıxlar kəndlərinin hər birində isə 180 şagird yerlik və Ərəbşəki kəndində 80 şagird yerlik məktəb binalarının inşası üçün layihə-smeta sənədləri hazırlanıb. Cari ildə həmin binaların tikintisinə başlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar