Abituriyentlərə xoş xəbər
18 Fevral 2013 Bazar Ertəsi 12:03
TQDK-a qəbul imtahanına hazırlaşanları sevindirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013/2014-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər çap edilib.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, bu vəsaitlər TQDK-nın əməkdaşları və komissiyanın nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarların iştirakçıları ilə birlikdə hazırlanmış və aşağıdakı istiqamətlərə uyğun olaraq 5 kitabça şəklindədir.

1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq və dizayn
4. Teatr, kino və xoreoqrafiya sənətləri
5. Bədən tərbiyəsi və idman.

Vəsaitlərdə ali təhsil müəssisələrinin, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, bu ixtisaslar üzrə seçmə turların şərtləri, qabiliyyət imtahanlarının və seçmə turların proqramları, qiymətləndirmə meyarları, seçmə turlara və imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar öz əksini tapıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar