Abituriyentlər imtahandan xaric edilib
19 May 2014 Bazar Ertəsi 11:06
Bakı və Respublikanın digər rayonlarında abituriyentlərin imtahandan xaric edilməsi faktı qeydə alınıb.
Bunu ANS PRESS-ə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O, bildirib ki, hazırda cavab kartlarının və imtahana giriş protokolların emalı prossesi gedir:
“Bütün binalarda imtahanlar tam normal keçib. Abituriyentlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün tam şərait yaradılıb. Nəticələrin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur. Bu dəfəki qəbul imtahanlarında da bəzi abituriyentlər müxtəlif qayda pozuntularına yol verdiklərinə görə imtahandan xaric edilib. Bakı və Respublikanın digər rayonlarında da imtahandan xaric olma faktları qeydə alınıb”.

Qeyd edək ki, ötən gün ali təhsil müəssisələrinin 1-ci və 4-cü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar