700 bal toplayanların adları
16 İyul 2014 Çərşənbə 11:04
Azərbaycanda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb.

Komissiyadan ANS PRESS-ə verilən məlumata görə, həmin məzunların yalnız ikisi rayon və kənd orta məktəbinin məzunlarıdır.

I ixtisas qrupunda Qurbanlı Könül Yusif qızı Azərbaycan bölməsi üzrə sənəd verib. O, Bakı şəhərindəki 'Zəngi' liseyinin bu ilki məzunudur.

Ibrahimov Eltun Nazim oqlu Azərbaycan bölməsinə sənəd verib və Bakı şəhərindəki Kimya-biologiya təmayüllü liseyi bu il bitirib.

Hacili Məmməd Ismayil oqlu Azərbaycan bölməsinə sənəd verib. O, Bakı şəhərində Bakı özəl türk liseyinin "Dədə Qorqud" filialını bu il başa vurub.

Nəbizadə Fatimeyizəhrnemət Azərbaycan bölməsinə sənəd verib, Bakı şəhərindəki Bakı Türk liseyinin (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) bu ilki məzunudur.

Quluzadə Nurlan Fəzayil oqlu Azərbaycan bölməsinə ərizə verib. O, Bakı şəhərindəki 'Zəkalar' liseyinin cari il mızunudur.

IV ixtisas qrupu üzrə sənəd vermiş Məmmədzadə Ilkin Rəfael oqlu Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin bu ilki məzunudur.

Bu qrupa sənəd verən Qasimov Nicat Nazim oqlu da Azərbaycan bölməsi üzrə ərizə verib. O, Ağsu rayonu 1 saylı şəhər orta məktəbinin bu ilki məzunudur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar