600 üstü bal toplayanlara xəbərdarlıq
10 Avqust 2014 Bazar 09:19
600 üstü bal toplayanlara xəbərdarlıq. Anket və şəkli “Abituriyent” jurnalının elektron ünvanına da göndərmək olar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və rəğbətləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirəcək.

ANS PRESS-in TQDK-nın mətbuat xidmətindən aldığı məlumata görə, “Abituriyent” jurnalının ayrıca bir nömrəsi bütünlüklə onlara həsr ediləcək. Odur ki, 600 və daha yüksək bal toplayan gənclər verilən linkdən (http://www.abiturient.az/ANKET_600_2014.pdf) anket-sorğunu yükləyib doldurmalı və onu 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkillə birlikdə avqustun 31-dək TQDK-ya və ya Komissiyanın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində yerləşən regional bölmələrindən birinə təqdim etməlidirlər. Anket və şəkli “Abituriyent” jurnalının elektron ünvanına da göndərmək olar.

Anket-sorğusu həmçinin “Abituriyent” jurnalının 7-ci sayında da təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar