12 illik təhsil sisteminə keçirik
03 Aprel 2013 Çərşənbə 20:49
Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə əlaqədar plan hazırlanır.

Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə əlaqədar plan hazırlanır. Bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Gülçöhrə Məmmədova bildirib. Onun sözlərinə görə, 12 illik təhsil sisteminə keçirildikdə orta təhsil 9 il olacaq. Millət vəkili həmçinin bu sistemə keçidin uzun bir proses olcağın deyib.

Millət vəkilinin fikrincə, bu gün bir çox şagirdlər repetitor yanına hazırlığa getdiyndən onların məktəblərdə davamiyyəti aşağı düşüb. Onun sözlərinə görə, yeni sistemin tətbiqi orta təhsillə bağlı bu kimi problemlərin də həllinə kömək etmiş olacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar