Zeynəblə Murad “Arka sokaklara”a qayıdır
22 Fevral 2010 Bazar Ertəsi 05:10
Cütlük serialdakı yenidən roluna davam edəcək
Türkiyə telekanallarından birində yayımlanan və Azərbaycanda da kifayət qədər tamaşaçısı olan “Arka sokaklar” serialının maraqlı xarakterlərindən olan Zeynəb (Qamze Özçelik) və Murad (Uğur Pektaş) yenidən bu filmə qayıdacaqlar. Qeyd edək ki, real həyatda da bir-biri ilə evli olan cütlük bir müddət əvvəl körpələri dünyaya gəldiyi üçün serialdan ayrılmışdılar. Onların yerinə seralda çəkilməyə başlayan Elif (Çağla Kubat) və Sinan (Berk Oktay) isə oynadıqları rolla film rəhbərliyini qane edə bilməyib. Bu vəziyyətdən çıxış yolu axtaran rəhbərlik yenidən Qəmzə Uğur cütlüyünə müraciət edib və onların bu istəyi müsbət qarşılanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar