Türkiyəli dj Berna Öztürk Azərbaycana gəlir
05 Dekabr 2009 Şənbə 01:11
Tanınmış türkiyəli dj və aktrisa Berna Öztürk Azərbaycanın qonağı olacaq.
Bu gün Bakıya gələcək dj dekabrın 5-də paytaxtda fəaliyyət göstərən “Face club”da çıxış edəcək. “Face club”ın piar-meneceri Eldar Hüseynzadə APA-ya bildirib ki, B. Öztürk gənc olmasına baxmayaraq, artıq səkkiz ilə yaxındır peşəkar dj kimi fəaliyyət göstərir və ötən il “Dancing in the sun” solo-albomunu hazırlayıb. Bununla yanaşı, gənc xanım Türkiyədə bir çox populyar serial və filmlərdə, tamaşalarda oynayıb.

Qeyd edək ki, Bərna Öztürk Türkiyə və Avropanın tanınmış klublarında çıxış edir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar