Türk müğənnisi Zerrin Özər şoka düşdü
17 Noyabr 2009 Çərşənbə Axşamı 20:35
Zerrin Özərin hazırlıq mərhələsində olan albomunun qeydləri kompüterdən silinib
Türkiyənin məşhur müğənnisi Zerrin Özərin musiqi bazarına çıxartmağa hazırlaşdığı “Əmanət” adlı albomunun canlı alətlərinin qeydləri kompüterdən silinib. Özərə yoldaşlıq edən orkestr dostları gələn həftə yenidən studiyaya gəlib əsərləri təkrar ifa edəcək.

Beləliklə “Əmanət” albomu bazara bir ay gecikməklə bayram əvvəli çıxmış olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar