Tünzalə Toni Brekstonla görüşə bilməyib
09 Yanvar 2010 Şənbə 19:55
Müğənni Tünzalə Türkiyə səfərindən qayıdıb
Əməkdar artist Tünzalə Ağayeva bu yaxınlarda "Mardan Palace" otelində verdiyi konsertdən qayıdıb. ANS PRESS-ə açıqlama verən müğənni, Toni Brekstonla görüşə bimədiyini bildirib.

"Konsert çox gözəl keçdi. Yeni ili mən tanınmış iş adamı Telman İsmayılovun "Mardan Palace" otelində qeyd etdim. Konsertə 3 ölkədən müğənni təşrif buyurmuşdu. Rusiyadan Layma Vaykule, Türkiyədən Tarkan, Azərbaycandan isə mən dəvət almışdım. Hər müğənni səhnəyə öz vətəninin Yeni il vaxtında çıxdı. Əvvəlcədən dünya ulduzu Toni Brekstonun iştirakı gözlənilsə də o həmin gün konsertdə yox idi. Bir ifaçı kimi onunla görüşmək təbii ki, mənə xoş olardı",- deyə o əlavə edib.

Söhbət əsnasında T.Ağayeva Azərbaycanda olmadığı zaman onun arxasınca danışan Ülvi Qılıncın da cavabını verib.

"Tarkanla bir səhnəyə kimisə inandırmağa görə çıxmamışam. Sadəcə bu bir təklif idi və mən onu qəbul etdim. İnşallah yaxın günlərdə daha bir neçə avropa ölkəsinə səfərlərim var",-deyə müğənni əlavə edib.

Son zamanlar pop musiqisindən daha çox caz janrına üstünlük verən ifaçı, bu yolla dinləyici itirməkdən qorxmadığını dilə gətirib.

"Təbii ki, mahnı bazarında qalmaq üçün hit mahnılar mütləqdir. Amma biz pop musiqisindən caza tədricən keçirik. Düşünürəm ki, artıq kütləni genişləndirmək lazımdır. Caza dünyanın hər yerində tələbat var. Caz sonsuzdur. Nə qədər improvizə etsən də kifayət etmir”,- deyə o fikrini bitirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar