Tolik Elza Seyidcahanla işləyir
05 Mart 2010 Cümə 19:45
Tolik Elza Seyidcahanla işləyir. Qalmaqallı prodüsserin Natavan Həbibi ilə yolları isə yenə ayrıldı.
Prodüsser Tolik Elza Seyidcahanla işbirliyinə başlayıb. “Mən Tolikin təşkilatçılıq qabiliyyətinə inandığımdan onunla əməkdaşlığa razılıq verdim” -deyən Elza may ayına planlaşdırdığı solo-konsertinin təşkilatçılığını Tolikə həvalə etdiyini söyləyib.

Hələ ki, qeyri-adi layihələrinə başı qarışan bəstəkar-müğənni may ayının 25-də H.Əliyev Sarayında solo-konsert verəcək. Əməkdar artist solo-konsertində möhtəşəm konsert proqramı ilə çıxış edəcəyinə söz verib. ANS PRESS-ə açıqlamasında müğənni solo-konsertinə ciddi hazırlaşdığını bildirib. "Baxmayaraq ki, yaxın dostlarım hər zaman əlimdən tuturlar, Tolikin köməyinə ehtiyac duydum",-deyən Elza bütün layihələrin ideya müəllifinin özü olduğunu, Tolikin isə yalnız təşkilatçılıq funksiyasını yerinə yetirdiyini vurğulayıb.

Qeyd edək ki, qalmaqallı prodüsser Tolikin müğənni Natəvan Həbibi ilə işbirliyini təzəliklə bərpa etməsinə baxmayaraq, onların əməkdaşlıqlarının yenidən pozulduğu danışılır. Tolik bunu təkzib etsə də, Elza Seyidcahanın solo-konsertinə təşkilatçılıq etməsi barədə danışılanların doğruluğunu təsdiqləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar