Sevda Yəhyayeva yol qəzasına düşüb
29 Aprel 2010 Cümə Axşamı 19:00
Sevda Yəhyayeva yol qəzasına düşüb. Müğənninin maşınını avtobus vurub.
Azərbaycanın gənc ifaçılarından olan Sevda Yəhyayeva avtomobil qəzasına düşüb. "day.az" saytının məlumatına görə, sərnişin avtobusu müğənninin avtomobilinin sol tərəfinə çırpılıb və ona ciddi ziyan vurub.

Baş verənlərdən böyük həyəcan keçirən müğənni bildirib ki, o, heç də maşınının əzilməsinə görə pis olmayıb. "Avtobus maşını mənim əyləşdiyim yerdən elə vurdu ki, həyatımı itirə bilərdim. Ona görə, çox qorxdum",-deyə müğənni bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar