Sandra Bullok haitililərə yardım əlini uzatdı
16 Yanvar 2010 Şənbə 13:15
Məşhur aktrisa Sandra Bullok onlara kömək məqsədi ilə 1 milyon dollar ayırıb.
Hollivud aktrisası Sandra Bullok zəlzələdən əziyyət çəkən Haiti əhalisinə 1 milyon dollar həcmində ianə ayırıb. Bullok pulları “Sərhədsiz həkimlər” Təşkilatına təqdim edəcək.

“Associated Press”in məlumatına görə, müğənni Madonna da Haitiyə 250 min dollar yardım göndərmək niyyətindədir.

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt də, “Sərhədsiz həkimlər” Təşkilatının fonduna 1 milyon dollarlıq çek göndəriblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar