Rza Zərrabın yeni iş yeri məlum oldu
18 Mart 2014 Çərşənbə Axşamı 13:25
Türkiyədə 17 dekabr rüşvətxorluq və korrupsiya qalmaqalınga görə həbs edilən və ötən ay azadlığa buraxılan Rza Zərrabın yeni iş yeri məlum olub.
ANS PRESS-in məlumatına görə, Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin həyat yoldaşı olan Rza Zərrab içki olmayan otellər şəbəkəsi qurmağı planlaşdırır.

Yayılan məlumatlara görə, 71 gün həbsdə qaldıqdan sonra azadlığa buraxılan Rza Zərrab yeni işini qurmaq üçün 49 illik tarixə malik bir bina icarəyə götürüb.

Zərrabın yeni planına görə, ötellər şəbəkəsi 5 ulduzlu olacaq. Restoran və barlarda isə içki xidməti göstərilməyəcək. Zərrabın bu məqsədlə “İlkhanedən Otelçilik” adlı bir şirkət yaratdığı barəsində məlumatlar yayılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar