Roza Zərgərli iddalı danışdı
05 May 2014 Bazar Ertəsi 17:38
Müğənni Roza Zərgərli şou-biznesə aid olan iddialı açıqlamaları ilə gündəmə gəlməyi bacarıb.
Müğənni Roza Zərgərli şou-biznesə aid olan iddialı açıqlamaları ilə gündəmə gəlməyi bacarıb.

ANS PRESS-in məlumatına görə, ifaçı şou aləmində ən ideal ayaqlarına sahib olduğunu iddia edib.

Bu barədə ANS telekanalında yayımlanan "Şoubiz+" verilişinə müsahibə verən Roza xanım maraqlı məqamlara toxunub. Aparıcının: "əgər müğənni olmasaydınız hansı sənət ilə məşqul olardız?" sualına isə maraqlı cavab verib. O bildirib ki, bir vaxtlar fiqurlu konkisürmə ilə məşğul olub, məhz bu səbəbdəndə yəqin ki, idmançı olacağını deyib:

"Çünkı Tümendə altı il fiqurlu xizəksürmə ilə məşğul olmuşam, qızıl və gümüş medallarım var. Buna görə də şou-biznesin ən ideal ayaqları məndədir”.

Yeni klip və mahnısını bir müddət əvvəl təqdim edən Roza Zərgərli bu yaxınlarda Türkiyənin “Pankart” qrupu ilə klip çəkdirəcəyini deyib:

“Mayın 6-da qrup üzvləri Azərbaycana gələcəklər. Klipi Şəkidə çəkəcəyik. Mən türk qızı, onlar azərbaycanlı oğlan obrazında olacaqlar. Türkiyədə doqquz kanalla müqavilə bağlamışıq, klip orada yayımlanacaq. Eyni zamanda müqaviləmizdə bir şərt var ki, mən onlardan təmənna güdməyəcəm".


DOSTLARINLA PAYLAŞ:

oyunlar