Rihanna almanların qoluna sevinib
14 İyul 2014 Bazar Ertəsi 03:45
Barbadoslu müğənni Rihanna Almaniya yığmasını qələbə münasibəti ilə təbrik edib.
Bu gecə Almaniya yığması ilə Argentina millisi arasında keçirilən Dünya Çempionatının final qarşılaşmasında tanınmış müğənni Rihanna da tamaşaçı qismində iştirak edib.

ANS PRESS-in xəbərinə görə, barbadoslu müğənni almanların qalibiyyətini böyük sevinclə qarşılayıb.

Mario Qötzenin vurduğu həlledici qoldan sonra tvitter sosial şəbəkəsində uzun-uzadı “Qoooooollllll” yazan müğənni, növbəti tvitdə, “Super kənət Mario” yazıb. Sevincdən köynəyini də çıxaran müğənni bu şəklini də sosial şəbəkədə paylaşıb.

Barbadoslu müğənni növbəti tvitində Almaniya yığmasını qələbə münasibəti ilə təbrik edib.








DOSTLARINLA PAYLAŞ:

oyunlar