Özcan Dəniz "Necla" ilə bir yerdə yaxalandı
13 Mart 2010 Şənbə 14:35
Müğənnini Fəxriyyə Evcenlə tibb mərkəzlərindən birinə girərkən görüblər
Altı ay əvvəl ayrılan məhşur müğənni Özcan Dəniz ilə aktrisa Fəxriyyə Evcen barışıblar. Sevgililəri dünən gecə Ayazağadakı tibb mərkəzlərindən birinə girərkən görüblər. "Biraz kefsizəm, özümü narahat hiss edirəm" deyən Fəxriyyə Özcan Dənizlə münasibətlərinə bir daha şans verdiklərini açıqlayıb.

Fəxriyyə Evcen, "danışıb barışdıq. Bir-birimizə bir daha şans vermək qərarına gəldik" deyib. Gənc aktrisa "Evliliyi danışmadıq, inşallah olar" - deyərək Özcan Dənizlə evlilik barədə hələ bir qərara gəlmədiklərini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar