Nuranın 2 yaşlı oğlu Beyonsa qulaq asır
24 Aprel 2010 Şənbə 15:05
David yerli müğənnilərdən isə Elnarənin pərəstişkarıdır.
Nura Surinin sonbeşiyi David müğənni Elnarənin fanatı imiş. Bu barədə Nura ANS PRESS-ə açıqlamasında bildirib.

"David televizorda Elnarəni görən kimi sevinə-sevinə "El" deyə qışqırır. David kiçik toyunun diskinə baxanda daha çox Elnarənin ifasına reaksiya verir. Düzdür Davidin kiçik məclisində bir çox həmkarlarım iştirak edirdi. Amma təkcə Elnarəni və Xəyyamı televizorda görəndə tanıyır", - deyə o bildirib.

Sən demə 1 yaş doqquz aylıq David xarici ifaçılara da qulaq asırmış. Nura balacasının musiqi zövqünün özü ilə üst-üstə düşdüyündən həvəslə danışır. Müğənninin sözlərinə görə, David də anası kimi xarici ifaçılardan Beyonsu bəyənir.

Qeyd edək ki, 34 yaşlı Nura Suri 3 oğul anasıdır. Müğənninin böyük oğlu Xosrovun 14, ortancıl Möhsenin isə 9 yaşı var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar