Nejat İşlər yenə də içir
28 İyul 2014 Bazar Ertəsi 10:41
95 gün müalicədən sonra evə buraxılan aktyor Nejat İşlər spirtli içkidən əl çəkmir.
Məşhur türk aktyoru Nejat İşlər həkimlərin dediklərinə məhəl qoymadan yenə də öz bildiyini edir.

ANS PRESS-in məlumatına görə, 42 gün reanimasiyada ağır günlər keçirən və ümumi 95 gün ciddi müalicədən sonra evə buraxılan aktyor xəstəxanadan çıxar-çıxmaz pis vərdişlərinə geri dönüb.

Aktyor iyul ayının 22-si yolunu Bodruma salan Nejat ötən gün istirahət etdiyi yerdə görüntülənib. Sənətçi Gümüşlük adlanan ərazidə marketlərdən birində spirtli içki alarkən paparazzilərə hədəf olub. İşlərin həmin fotosu sosial mediada yayılıb və pərəstişkarları onu bu yoldan dönməyə çağırıblar.

Qeyd edək ki, Nejat İşlər bundan öncə də Bodrumda fasiləsiz olaraq siqaret çəkərkən və içki içərkən görüntülənmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar