Muhteşem Yüzyıl serialı final tarixi bəlli oldu
22 May 2014 Cümə Axşamı 15:51
Azərbaycanda böyük tamaşaçı kütləsinə malik Muhteşem Yüzyıl serialı final tarixi bəlli olub.
ANS PRESS-in məlumatına görə, 3 həftədən sonra bitəcək.

Son mövsümdə şahzadə Mustafa, Hürrəm Sultan, Şahzadə Cahangir kimi faciəli ölümlərin yaşadığı serial vidaya hazırlaşır. Serialın son - 139-cu seriyası 2014-cü il 11 iyun tarixində yayımlanacaq.

Böyük final üçün heyət gərgin iş qrafiqinə başlayıb. Son seriyalarda iki şahzadə - Bəyazıt və Səlim taxt uğrunda mübarizə aparacaq. Bəyazıt savaşdan sonra İrana sığınacaq. Sonra isə anlaşma əsasında Osmanlı imperiyasına qaytarılacaq və faciəli şəkildə öləcək. Sultan Süleyman səfərlərindən birində öləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar