Müğənni Yeganənin toy günü bəlli oldu
21 Aprel 2010 Çərşənbə 14:50
Aprelin 29-da müğənni Yeganə və Fatihin toyudur.
Türkiyə şou-biznesində azərbaycanlı müğənni kimi uğurlu layihələri ilə seçilən və yeniliklərdən yorulmayan Yeganə bu dəfə şəxsi həyatında yenilik etmək qərarına gəlib. Müğənninin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu günlərdə müğənninin toy dəvətnamələri payladığını eşitdik. Yeganə gələn həftə, daha doğrusu aprelin 29-da ailə həyatı quracaq. Artıq məlum olduğu kimi Yeganə türkiyəli iş adamı Fatihlə ailə həyatı qurur.

Toy mərasimində Yeganənin geyinəcəyi gəlinlik paltarı azərbaycanlı modelyer tərəfindən hazırlanıb. Aprelin 29-da müğənninin Bakıda qız toyu olacaq. Qız toyunun səhəri günü isə Yeganə və həyat yoldaşı Fatih Türkiyəyə yollanacaqlar. Mayın 3-də isə Türkiyədə oğlan toyu olacaq.

Artıq neçə ildir qardaş ölkədə yaşayan və Türkiyə şou-biznesində uğurla addımlayan müğənni Yeganə elə nigaha da orada daxil olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar