Müğənni Ülvi Qılınc küçəyə cangüdənlə çıxır?
31 Yanvar 2010 Bazar 12:55
Müğənni Ülvi Qılınc küçəyə cangüdənlə çıxır? Ülvi Qılınc: "Cangüdən pis şey deyil".
Keçən il müğənni Ülvi Qılıncı axşam vaxtı əyləncə mərkəzlərin birini tərk edən zaman döymüşdülər. Şou-biznes nümayəndələri arasında yayılan söhbətlərə görə, məhz həmin hadisədən sonra müğənni təhlükəsizliyini qorumaq üçün küçəyə cangüdənlı çıxır.

ANSPRESS-ə əməkdaşı ilə söhbətində ifaçı haqqında gəzən söz-söhbətlərin şayiə olduğunu deyib: "Cangüdən pis şey deyil. Ən az insanı hansısa hadisədən qoruyur. Amma, mən yanımda cangüdən gəzdirmirəm. Onlar mənim idmançı dostlarımdır. Ülvi Allahdan başqa heç kəsdən qorxmur"- deyə o əlavə edib.

Xatırladaq ki, Ülvi Qılınc hadisə baş vermiş. hadisə ilə bağlı Yasamal Rayon 27-ci Polis bölməsinə müraciət etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar