Müğənni Elnar Xəlilov klip təqdimatı keçirib
15 İyun 2014 Bazar 03:25
Gənc müğənni Elnar Xəlilov klip təqdimatı keçirib. Klip tədbir iştirakçıları tərəfindən bəyənilib.
Ötən gün "Soyuqdur mənə" klipinin təqdimatı baş tutub.

ANS PRESS-in məlumatına görə, media və şou əhlini başına toplayan gənc müğənni Elnar Xəlilov son zamanların məşhur hitinə çevrilən "Soyuqdur mənə" mahnısının klip təqdimatını keçirib.

Klip tədbir iştirakçıları tərəfindən çox bəyənilib. Dostları müğənnini ağızdolusu tərifləyərək onun uğurlu sənət fəaliyyətindən, tərbiyəsindən danışıblar.

Qeyd edək ki, sözügedən mahnının musiqisi yunan bəstəkarı Giorgos Mazonakisə, sözləri isə Ali Qafarova aiddir. Klipin rejissoru Elvin İsmanlıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar