Meyxanaçı Bayram Kürdəxanlı tutuldu
15 İyul 2014 Çərşənbə Axşamı 12:41
Tanınmış meyxanaçı Bayram Kürdəxanlı həbs olunub. Bayram Kürdəxanlıdan narkotik maddə tapılıb.
Tanınmış meyxanaçı Bayram Kürdəxanlı həbs olunub.

Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, tanınmış meyxanaçı iyul ayının 12-də Bakıxanov qəsəbəsində saxlanılıb. Onu idarənin narkomaniya ilə mübarizə şöbəsinin əməkdaşları saxlayıb.

Bayram Kürdəxanlı saxlanılarkən üzərindən narkotik vasitə tapılıb. Hazırda meyxanaçı təcridxanada saxlanılır. Onun işi məhkəməyə verilib.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar