Mətanət İsgəndərli «Azərbaycan» mahnısına klip çəkdirir
25 May 2009 Bazar Ertəsi 12:45
Klip ilk dəfə 28 May Respublika günü efirə veriləcək

 

Müğənni Mətanət İsgəndərli yeni yazdırdığı «Azərbaycan» mahnısına klip çəkdirir. Bu barədə ANS PRESS-ə müğənninin özü məlumat verib. Mahnının sözləri və musiqisi Tural Bayraməliyevə aiddir. Klip rejissor Natiq Novruzovun ssenarisi əsasında çəkilir.

Müğənni qeyd edib ki, «Azərbaycan» mahnısı onun müəlliflə və rejissorla ilk işbirliyidir. Klip 28 May-müstəqil dövlətimizin yarandığı gün ilk dəfə efirə veriləcək.

Zülfiyyə Qurbanova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar