Məşhur aktrisa sevgilisindən nə tələb edir?
14 Yanvar 2010 Cümə Axşamı 23:50
"O, sevgisini sübut etmək üçün "Fənərbaxça" forması geyinib, "Qalatasaray" tribunasına çıxmalıdır"
Fanatik "Fənərbaxça"lı kimi tanınan aktrisa və maneken Fatoş Kabasakal maraqlı açıqlama ilə çıxış edib. Məşhur aktrisa onu sevən insanın öz sevgisini futbol matçında sübut edə biləcəyini bildirib.

"Səni sevən insan sevgisini sübut etmək üçün sənin üçün nə etsin?" sualına Fatoşun cavabı belə olub: "Kişi qadını üçün nə etsə, azdır. Mən fanatik "Fənərbaxça"lıyam. Məni sevən sevgisini sübut etmək üçün əyninə "Fənərbaxça" formasını geyinib, "Qalatasaray" tribunasına çıxsın. Heç bir kişi bunu etməz. Amma mənə sevgini ancaq bununla sübut edə bilər". ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar