Maykl Ceksonu həkimi öldürüb
29 İyul 2009 Çərşənbə 11:30
Konrad Myurrey müğənniyə iyunun 25-də "Propofol" verdiyini etraf edib

 

Pop musiqi kralı Maykl Ceksonun şəxsi həkimi Konrad Myurrey müğənniyə iyunun 25-də güclü ağrıkəsici olan "Propofol" verdiyini etraf edib. Tədqiqatçıların fikrincə, məhz bu preparat M.Ceksonun ölümünə səbəb olub.

"Associated Press"in hüquq-mühafizə orqanlarının nümayəndələrinə istinadən verdiyi məlumata görə, iyun ayının 25-də Myurrey Maykl Ceksona yata bilməsi üçün bir necə dəfə adıçəkilən preparatdan vurub. Polis bu və digər sakitləşdirici dərmanlardan bir neçə nüsxəsini pop kralın Los Ancelesdəki evindən də tapmışdı.

Qeyd edək ki, hələlik Ceksonun meyidinin toksikoloji təqdiqlərinin nəticəsi bəlli deyil. Mütəxəssislər onun ürəyinin dayanmasına səbəb olacaq maddənin Propofol ola biləcəyini güman edirlər.

Xatırladaq ki, Maykl Cekson iyun ayının 25-də ürəyinin dayanması nəticəsində dünyasını dəyişib. Pop kralın ölümündən sonra onun həkimi yoxa çıxmışdı. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar