Maykl Ceksona "Nobel" mükafatı verilə bilər
28 İyul 2009 Çərşənbə Axşamı 13:20
Superulduzun pərəstişkarları bu ideyanı dəstəkləmək üçün internetdə imza toplamağa başlayıblar

 

Dünya pop-musiqisinin kralı Maykl Ceksona Nobel mükafatı verilə bilər. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, məşhur müğəninin pərəstişkarları kampaniya keçirmək qərarına gəliblər. Kampaniya iştirakçıları müğənniyə dünya şöhrətli mükafatın verilməsi şüarı ilə Nobel komitəsinə müraciət ediblər.

Qeyd edək ki, superulduzun pərəstişkarları bu ideyanı dəstəkləmək üçün internetdə imza toplamağa başlayıblar.

İlk dəfə olaraq bu aksiyaya ABŞ-ın Los-Anceles ştatında yaşayan Ennelayz Nikol Braun başlayıb və o artıq 2 mindən artıq imza toplaya bilib. Ennelayz ümid edir ki, “Triller” ulduzunu dəstəkləmək üçün 100 mindən artıq imza toplaya biləcək.

Xatırladaq ki, Maykl Cekson iyunun 25-də Los Ancelesdə ürək tutmasından vəfat edib. The Sun qəzetinin yazdığına görə, Maykl Ceksonun nəfəs ala bilməməsi ağrıkəsici Demerol iynəsi vurulandan sonra baş verib. Onun şəxsi həkimi Maykla süni nəfəs verməyə çalışsa da, ürəyin fəaliyyətinin bərpası üçün atılan bütün addımlar nəticəsiz qalıb. /ANSPRESS/



 



DOSTLARINLA PAYLAŞ:

oyunlar