Maykl Cekson avqustun 29-da dəfn olunacaq
18 Avqust 2009 Çərşənbə Axşamı 05:55
İyunun 25-də vəfat edən pop musiqinin kralı Maykl Cekson avqustun 29-da dəfnediləcək.

 ANS PRESS “Cihan” agentliyinə istinadən xəbər verir ki, ata Co Cekson müğənninin avqustun 29-da 51 yaşının tamam olduğu gün Los Anqelsdəki Forest Lovin qəbristanlığında basdırılacağını deyib. Co Cekson bu qərarın son bir neçə gündə verildiyini də bildirib. Qeyd edək ki, avqustun ilk günlərində mətbuatda Maykl Ceksonun dəfn olunduğuna aid xəbərlər yayılmışdı. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar