Madonnadan dostsayağı jest
05 İyul 2009 Bazar 15:30
Müğənni London konsertinə Maykl Ceksonun xatirəsinə həsr olunmuş nömrə əlavə edib

 

Tanınmış müğənni Madonna London konsertinə Maykl Ceksonun xatirəsinə həsr olunmuş nömrə əlavə edib. Bu barədə BBC məlumat verib.

Qeyd edək ki, Madonna dünəndən başlayaraq Sticky and Sweet turu çərçivəsində konsertlərə başlayıb. İlk konsert Londonun şərqində yerləşən və 17 min tamaşaçı tutumuna malik O2 Arena-da baş tutub. Qeyd edək ki, məhz bu zalda iyulun 13-də pop kralı Maykl Ceksonun gözlənilən möhtəşəm konserti baş tutmalı idi.

Madonna "Dünyanın tanıdığı dahi artistə hörmətimizi bildirək-yaşasın Kral" deyərək "Holiday" mahnısını ifa edib. İfa zamanı səhnəyə "Ceksonsayağı"geyimdə olan rəqqas çıxaraq məşhur "ay yerişi ilə" gəzib. Bu zaman zalda quraşdırılmış iri ekranlarda Maykl Ceksonun uşaqlıq şəkilləri nümayiş olunub. Konsertin finalında isə Madonna rəqqasları ilə ilə birgə bir daha Maykl Ceksona hörmət əlaməti olaraq müğənninin qarderobundan məşhur detallardan birini-straz qaşından düşəldilmiş əlcəklər geyiniblər.

Qeyd edək ki, Madonnanın dostluq jesti tamaşamılar tərəfindən müsbət qarşılanıb.

Madonna  Sticky&Sweet turu çərçivəsində Sankt-Peterburqda da konsert verəcək. Konsert avqustun 2-də baş tutacaq. Madonnanın Rusiyadakı konsertinə 50 min insanın gələcəyi planlaşdırılır. Ümumiyyətlə isə Madonna Avropada 16 konsert verməyi planlaşdırır. /ANSPRESS/

 

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar