“Kurtlar Vadisi” serialının qəhrəmanları Bakıdadır
17 Mart 2010 Çərşənbə 21:55
Ərhan: “Azərbaycana gəzməyə gəlmişik”
Azərbaycanda böyük maraqla izlənən Türkiyənin “Kurtlar Vadisi” serialının qəhrəmanları bu gün Bakıya gəlib. Filmdə “Abdülhey” rolunun ifaçısı Kənan Çoban, “Tuncay Kantarcı” rolunun ifaçısı Osman Vöber, “Güllü Erhan” rolunun ifaçısı Erhan Ufak və “Polad Alemdar” sürücüsü “Cahid” obrazını canlandıran aktyorlar hava limanında jurnalistlərin suallarını cavablandırıblar. İlk dəfə Azərbaycana gəldiyini bildirən Kənan Çoban Bakıda olduğundan məmnunluğunu bildirib.

Filmin türk dövlətlərindən və türkərin problemlərindən geniş bəhs etdiyini bildirən Osman Vöber qardaş ölkəyə səfər etmələrinin əhəmiyyətini qeyd edib. Serialın istehsalçısı "Panafilm" şirkətinin “Kurtlar Vadisi – Qarabağ” filmini çəkəcəyi ilə bağlı sualın cavabında Erhan Ufak bunu istisna etməsə də, hazırkı səfərlərinin tanışlıq və gəzinti məqsədi ilə olduğunu bildirib.

Bakıya filmin digər iştirakçılarından ayrı səfər edən baş qəhrəman Polad Ələmdar isə jurnalistlərə açıqlama verməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar