İrəm Nəbiyeva məhkəmə xəbərdarlığı etdi
08 Avqust 2014 Cümə 17:04
İrəm Nəbiyeva haqqında yalan və ya doğru tək kəlmə belə yazacaq mətbu orqanı məhkəməyə verəcək.
ANS TV-nin "Uşaqdan böyüyə" telelayihəsinin aparıcısı İrəm Nəbiyeva yerli KİV-lərə müraciət etdi.

Tanınmış teleaparıcı ANS PRESS-ə açıqlamasında, barəsində xəbər yazacaq hər hansı mətbu orqan ilə məhkəmədə görüşəcəyini bildirdi:

"Məndən icazəsiz yalan və ya doğru kim nə xəbər yazarsa məhkəməyə verəcəm! Haqqımda tək kəlmə belə yazmayın, Allah eşqinə!"

Şəxsi həyatına müdaxilə edilməsini istəməyən İrəm Nəbiyeva hər kəsi bu qərarına hörmətlə yanaşmağa çağırıb: "Şəxsi həyatım mənimdir, bunu yaşamağa haqqım var! Heç kimin, hətta yaxınlarımın belə özəl həyatı məni maraqlandırmır. Mən sadəcə verilişimdə uşaqlarla, evimdə ailəmlə maraqlanıram. İnsafınız olsun, siz də mənim həyatıma qarışmayın. Mənim yoldaşımla, anamla harada olmağım heç kimə lazım deyil. Dünya ulduzu deyiləm, sadəcə aparıcıyam!".

Aparıcı həyat yoldaşım da fotolarımın saytlarda yayımlanmasının qəti əleyhinə olduğunu diqqətə çatdırıb. "O da mənim kimi belə şeyləri sevmir. Onun icazəsi olmadan heç bir yerə nə müsahibə verə bilərəm, nə də açıqlama. İstirahət şəklimi şəxsi Facebook səhifəmindən oğurlayıb saytlarda haqqımda yazılanlar da icazəsizdir. Hər kəsin özəl həyatı toxunulmazdır. Allah xatirinə, yetər!".



DOSTLARINLA PAYLAŞ:

oyunlar