İradə İbrahimova Türkiyə şou - biznesinə qoşulacaq
09 Yanvar 2010 Şənbə 22:45
Müğənni İradə İbrahimova sözügedən ölkədən bir neçə təklif alıb.
Müğənni İradə İbrahimova Türkiyə şou-biznesinə qoşulacaq. Bu haqda ANS PRESS-ə müğənninin mətbuat katibi Zəminə Rüstəmova məlumat verib.

“İradə İbrahimova Türkiyə şou-biznesinə qoşulmaq niyyətindədir. TMB telekanalında aktrisa Məlahət Abbasovanın qonağı olduğu zaman, ona Türkiyədən yaradıcılığı ilə bağlı müxtəlif təkliflər gəlib. İradə hazırda həmin təkliflər üzərində düşünür. İnşallah yaxın günlərdə mətbuata bu haqda geniş açıqlama verəcək”, - deyə o bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar